Aidə Əliyevaya AFFA-da vəzifə verildi

Jurnalist Aidə Əliyeva Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyin olunub.

Referans Media xəbər verir ki, bu barədə özü sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, vəzifəsinin icrasına bu gündən başlayıb.

Qeyd edək ki, Aidə Əliyeva Azərbaycan teleməkanında ilk dəfə olaraq dünya çempionatı oyunları şərh edən iki qadın jurnalistimizdən biridir..Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki