Daha bir ölkədən İrana gözlənilməz zərbə: Rəsmən açıqlandı

Böyük Britaniya İrana qarşı iqtisadi təzyiqlərin artırılmasını nəzərdə tutan siyasəti dəstəklədiyini açıqlayıb.

Referans Media xəbər verir ki, bunu Birləşmiş Krallığın maliyyə naziri Con Hili bildirib O qeyd edib ki, London ABŞ və digər müttəfiqləri ilə koordinasiyalı şəkildə İrana iqtisadi təzyiq göstərməkdə davam edəcək.

Onun sözlərinə görə, əsas məqsədlərdən biri Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi və İranın London tərəfindən “təhlükəli fəaliyyət” kimi qiymətləndirilən addımlarının qarşısının alınmasıdır.

Hili qeyd edib ki, hazırkı hökumət hakimiyyətə gəldikdən sonra İrana qarşı 240-dan çox sanksiya tətbiq olunub. Nazir bu məhdudiyyətlərin Britaniyanın və ölkə vətəndaşlarının təhlükəsizliyinə təhdid yaradan fəaliyyətlərə cavab olaraq həyata keçirildiyini bildirib.

Britaniya rəsmisi əlavə edib ki, London İranın nüvə proqramını və digər sabitliyi pozan fəaliyyətlərini davam etdirmək üçün qlobal iqtisadi sistemdən və Britaniyanın maliyyə infrastrukturundan istifadə etməsinə imkan vermək niyyətində deyil.

Hili Tehrana regiondakı gərginliyi artıran addımlardan, o cümlədən Hörmüz boğazı ilə bağlı fəaliyyətlərdən çəkinmək və diplomatik danışıqlara qayıtmaq çağırışı edib../Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki