Çempionlar Liqasının püşkatmasında dəyişiklik edildi – Yeni QAYDA

İspanya’nın Barselona kentindeki Camp Nou Stadı’nda UEFA Şampiyonlar Ligi son 16 turu rövanş maçında Barcelona ile Newcastle United karşı karşıya geldi. Karşılaşmada Barcelona oyuncuları Marc Bernal ve Lamine Yamal ile Newcastle United futbolcusu Joelinton mücadele etti. ( Adria Puig – Anadolu Ajansı )
UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatması ilə bağlı yeni qayda tətbiq etməyə hazırlaşır.

Referans Media xəbər verir ki, bu barədə “Skay Sports” Məlumat yayıb. Qeyd olunur ki, qurum eyni komandaların üç mövsüm ardıcıl olaraq eyni stadionda üz-üzə gəlməsinin qarşısını almaq üçün püşkatma mexanizminə dəyişiklik edib.

Bu yenilik səbəbindən “Real Madrid”in bu mövsüm “Liverpul”la “Enfild”də qarşılaşması mümkün olmayacaq. Madrid klubu son iki mövsümdə Çempionlar Liqasında “Liverpul”un meydanında oynayıb. Hər iki görüşdə İngiltərə təmsilçisi qələbə qazanıb – əvvəlcə 2:0, daha sonra isə 1:0 hesabı ilə.

Qaydaya əsasən, komandalar əsas mərhələdə eyni stadionda üç mövsüm ardıcıl rəqib ola bilməyəcəklər. Bununla belə, “Real Madrid” və “Liverpul”un bu mövsüm Madriddəki “Santyaqo Bernabeu” stadionunda qarşılaşması mümkündür.

Yeni məhdudiyyət yalnız Çempionlar Liqasının əsas mərhələsinin püşkatmasına aiddir. Pley-off mərhələsində keçirilən oyunlara isə bu qayda şamil olunmayacaq..Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki