Arizona Dövlət Universitetinin xokkey komandasının müdafiəçisi Metyu Maçiç ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Referans Media xəbər verir ki, kanadalı xokkeyçi atletika stadionunda komanda məşqi zamanı huşunu itirib.
Xokkeyçinin günvurmadan halının pizləşdiyi bildirilir. Arizonada həddindən artıq isti temperatur müşahidə olunur. Səhər tezdən temperatur 32°C-yə (90°F) yaxınlaşır.
Mənbələrə görə, 21 yaşlı xokkeyçi ürək tutması keçirib və hazırda Feniks xəstəxanasında komadadır. Universitet rəsmiləri oyunçunun xəstəxanaya yerləşdirilməsi faktını təsdiqləsələr də, tibbi məxfiliyi əsas gətirərək təfərrüatları açıqlamaqdan imtina ediblər.
Maçic 2023-cü il NHL-ə qəbul seçiminin altıncı turunda (ümumilikdə 170-ci) “Sent-Luis Blyuz” komandası tərəfindən seçilib.
Ötən mövsüm Maçic Klarkson Universitetində oynayıb və orada 34 oyunda 15 xalla (7 qol, 8 məhsuldar ötürmə) yadda qalıb./Publika.az
