Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani sabah İranın yüksək vəzifəli rəsmiləri ilə görüşmək üçün Tehrana səfər edəcək.
Referans Media xəbər verir ki, Qətər XİN-in məlumatına görə, görüşlərdə regionda gərginliyin azaldılması, dialoqun təşviqi, Hörmüz boğazında gəmiçilik azadlığı və müharibədən əvvəlki vəziyyətə qayıdış müzakirə olunacaq.
İran XİN isə səfərin Qətərin regionda sülh və sabitliyin təmin olunması istiqamətindəki vasitəçilik səylərinin davamı olduğunu bildirib..Publika.az
