Məktəbdə yıxılaraq həyatını itirən şagird Salyanda dəfn olundu – Foto

Məktəbdə yıxılaraq həyatını itirən şagird dəfn olunub.

Referans Media Oxu.Az-a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi G.D. Salyan rayonunun Arbatan kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, mərhumun anası, 1969-cu il təvəllüdlü Səadət Dadaşovanı 2023-cü ilin avqustunda qatar vuraraq öldürüb.

Belə ki, 2023-cü il avqustun 16-da saat 10 radələrində Salyan-Salmanlı dəmiryol xəttinin Salyan şəhəri ərazisindən keçən 45-ci kilometrində hərəkətdə olan qatar Arbatan kənd sakini, 1969-cu il təvəllüdlü Səadət Azadxan qızı Dadaşovanı vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

ec22b565 3ff9 46af 89bd 5a49bf2e64bc

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki