Məktəblinin sürdüyü motosiklet evə çırpıldı - öLƏN VAR

Bu gün Siyəzəndə yeniyetmənin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media xəbər verir ki, saat 14 radələrində 2009-cu il təvəllüdlü Oqtay Elməddin oğlu Kərimovun idarə etdiyi motosiklet yaşayış evinə çırpılıb.

Qəza nəticəsində ağır xəsarətlər alan yeniyetmə hadisə yerində ölüb.

Bildirilib ki, vəfat edən O.Kərimov orta məktəbin 11-ci sinif şagirdi olub.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır. (“Qafqazinfo”)

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki