Almaniya 536 milyon avroluq kamikaze dron sifarişi verməyə hazırlanır

Almaniya Müdafiə Nazirliyi modern döyüş tələblərinə uyğun olaraq Bundesverhin silah envanterini çevik və yüksək texnologiyalı sistemlərlə modernizə etmək qərarı alıb və 536 milyon avroluq kamikaze dron sifarişi verməyə hazırlaşır.

Referans Media Spiegel-ə istinadən xəbər verir ki, sifariş çərçivəsində Helsing və Stark Defence şirkətlərinin istehsal etdiyi, süni intellekt dəstəyi ilə hədəf təqibi və məhvi həyata keçirə bilən dronlar tədarük olunacaq. Dronlar Almaniyanın NATO çərçivəsində Litvada yerləşdirilən 45-ci Zirehli Tugayda fəaliyyət göstərəcək.

Stark Defence Virtus dronu 1,80 metr uzunluqda, 30 kq ağırlığında və 80 sm qalınlığındakı tank zirehini dələcək gücə malikdir. Helsing HX-2 isə 1,13 metr uzunluqda, 12 kq ağırlığında və çevik əməliyyatlar üçün nəzərdə tutulub. Hər iki sistemdə süni intellekt hədəfləri müəyyənləşdirir, lakin ölümcül əmrlər insan tərəfindən verilir.

Almaniya bu addımı ilə kamikaze dronları ilk dəfə genişmiqyaslı hücum sistemi kimi ordusunun envanterinə qatacaq. Son dövrlərdə dronların aşağı maliyyət və yüksək vuruş gücü bu qərarın əsas səbəblərindən biri sayılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki