Almaniya hökuməti Federal Kəşfiyyat Xidmətinin (BND) səlahiyyətlərini genişləndirməyi planlaşdırır.
Bu barədə “Moskovski” nəşri məlumat yayıb.
Məlumata görə, kansler Fridrix Merzin ofisi tərəfindən hazırlanan yeni qanun layihəsi BND-yə xaricdə təxribat xarakterli əməliyyatlar aparmaq və kiber hücumlar həyata keçirmək imkanı verə bilər.
Məlumata əsasən, dəyişikliklər qüvvəyə minərsə, kəşfiyyat əməkdaşları yalnız məlumat toplamaqla kifayətlənməyəcək, həm də aktiv əməliyyatlar icra edə biləcəklər.
Bunlara digər ölkələrin silah sistemlərinin sıradan çıxarılması, düşmən qüvvələrinin zəiflədilməsi məqsədilə təxribatlar və kiber əməliyyatlar daxildir.
Qanun layihəsi Almaniya Müdafiə Nazirliyində də narahatlıq yaradıb. Nazirlikdə hesab edirlər ki, bu dəyişikliklər BND-yə faktiki olaraq hərbi kəşfiyyat statusu verə və qurumun fəaliyyət çərçivəsini kəskin şəkildə dəyişə bilər.//globalinfo.az






















