Anası və ailə üzvləri şəhid olan deputatın evi bu tarixdə təhvil veriləcək backend

Anası və ailə üzvləri şəhid olan deputatın evi bu tarixdə təhvil veriləcək 

  “Xocalıda bizim üçün hökumətimiz tərəfindən evlər tikilir. Düzdür, hazırda müvəqqəti olaraq tikinti işləri dayandırılıb, amma evimizə köçəcəyimiz günü səbirsizliklə özləyirik”.

Bu sözləri Globalinfo.az-a əslən Xocalı rayonundan olan deputat Elman Məmmədov deyib.

O, Xocalıda yaşamağı planlaşdırdığını bildirib:

“Xocalı şəhərinin özündə və bir neçə kəndində – Daşbulaq, Naxçıvanlı, Ballıca, Əsgəran qəsəbəsi və sair kəndlərində təmir işləri davam edir. Tədricən əhali köçürülür. Müəyyən səbəblərdən bizim evlər olan hissədə müvəqqəti ləngimə gedir. Bir-iki günə işlər bərpa olunmalıdır. Onlar işə başlasalar, tikinti bir aya başa çatacaq və biz evimizə köçəcəyik. Allah hər kəsə Qarabağı görməyi nəsib etsin”.

Xatırladaq ki, Milli Məclisin deputatı Elman Məmmədov bir müddət əvvəl Globalinfo.az-a açıqlamasında anası, hər iki nənəsi, qohum-əqrəbalarının şəhid olduğunu, hətta anasının cəsədini 20 gün sonra meşədən gətirib Bakıda Şəhidlər Xiyabanında dəfn etdiklərini bildirib.

Bundan başqa o, qayınatasının, qayınanasının, iki qaynının, iki baldızı və onların dörd körpə balasının ermənilər tərəfindən qətlə yetirildiyini deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki