Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Referans Media xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında Çex Respublikasının Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Çexiyanın Baş naziri Andrey Babişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşıladılar.
Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycana gəlir.
Referans Media xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında yazıb.
“Azərbaycan. Avropa İttifaqından (Aİ) kənara ilk rəsmi səfərim yeni başlayır”, – A. Babiş qeyd edib.
