Tramp və Netanyahu arasında görüş necə keçib?

ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ evdə keçirilən görüş başa çatıb. Danışıqlar təxminən 1 saat 20 dəqiqə davam edib.

Referans Media xəbər verir ki, görüşdə ABŞ vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn və xüsusi nümayəndə Stiven Uitkoff iştirak ediblər.

Ağ ev Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski və İsrail Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşləri müsbət və məhsuldar qiymətləndirib.

“Hər iki görüş müsbət və məhsuldar keçdi”, – Ağ evin mətbuat katibi Kerolayn Livitt X sosial şəbəkəsində yazıb. O, danışıqların digər detalları barədə məlumat verməyib../Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki