Ukrayna qarşıdan gələn qış mövsümündə müharibənin başlanmasından bəri ən ciddi enerji böhranı ilə üzləşə bilər.
Referans Media xəbər verir ki, bu barədə enerji üzrə ekspert Stanislav İqnatyev açıqlama verib.
Onun sözlərinə görə, Rusiya ordusunun enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində elektrik şəbəkəsinin çoxsaylı obyektləri ya tamamilə dağıdılıb, ya da ciddi zədələnib. Bu səbəbdən ölkənin enerji sistemi hazırda maksimum yüklənmə ilə fəaliyyət göstərir.
İqnatyev bildirib ki, Kiyevdə yerləşən Darnitsa İstilik Elektrik Stansiyası faktiki olaraq sıradan çıxıb və özəl mülkiyyətdə olduğundan onun bərpasına nə şəhər hakimiyyəti, nə də dövlət büdcəsi vəsait ayıra bilir.
O, paytaxtın 5 və 6 nömrəli İstilik Elektrik Stansiyalarında da vəziyyətin ağır olduğunu qeyd edib.
Ekspert hesab edir ki, mövcud şərait dəyişməzsə, qarşıdakı qışda Ukraynada genişmiqyaslı elektrik kəsintiləri və enerji təchizatında ciddi problemlər yaşana bilər./Globalinfo.az
