İspaniya sahillərində HƏYƏCAN: 17 nəfərlik heyəti olan tanker BATDI

Malta bayrağı altında üzən “Med Emre” tankeri İspaniyanın İbiza adası sahillərində batıb.

Referans Media  xəbər verir ki, hadisə nəticəsində heyət üzvlərindən biri həlak olub, daha altı nəfər isə xəsarət alıb.

Qəza noyabrın 26-da səhər saatlarında adadan təxminən 25 mil şimal-şərqdə baş verib.

Alxesirasdan Barselonaya istiqamət alan gəminin göyərtəsində ümumilikdə 17 nəfər olub.

İlkin hesablamalara görə, tanker təxminən 7 min ton dizel yanacağı (təqribən 1,2 milyon litr) daşıyırmış.

Mümkün yanacaq sızmasının fəsadlarını qiymətləndirmək və dənizin çirklənməsinin qarşısını almaq məqsədilə hadisə yerinə dəniz xilasetmə xidmətinin xüsusi təyinatlı gəmisi və təyyarəsi göndərilib./Musavat.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki