Xalq artisti Arif Babayev ev şəraitində müalicə olunur.
Bu haqda Teleqraf-a Xalq artisti Arif Babayevin həyat yoldaşı Gültəkin Babayeva məlumat verib.
Onun sözlərinə görə, Arif Babayevin səhhəti yaxşı deyil: “Təxminən bir ay müddətində “Bilgəh” Kardioloji Sanatoriyasında müalicə alıb. Hazırda evdə həkim nəzarəti altında müalicəsi davam etdirilir”.
Qeyd edək ki, Arif Babayev bir müddət əvvəl Mərkəzi Klinika Xəstəxanasına yerləşdirilmişdi.