Avqustda sevgi şansı artan bürclər

Astroloji proqnozlara görə, avqust ayı Günəş tutulması, Yeni Ay, Dolunay və planet tranzitlərinin təsiri ilə bir sıra bürclər üçün sevgi həyatında diqqətçəkən dəyişikliklər vəd edir. Bu dövrdə xüsusilə dörd bürcün yeni münasibətə başlama ehtimalının daha yüksək olduğu bildirilir.

Proqnozlara görə, Qoç bürcləri üçün ayın ilk yarısında sosial həyatın canlanması yeni tanışlıqlara şərait yarada bilər. Cəsarətlə atılacaq addımlar və gözlənilməz qarşılaşmalar romantik münasibətin başlanğıcına çevrilə bilər.

Əkizlər bürcündə isə əsas diqqət ünsiyyətə yönələcək. Uzun müddətdir əlaqə saxlanılmayan bir şəxsin yenidən ortaya çıxması və ya təsadüfi tanışlığın sürətlə yaxınlaşmaya çevrilməsi ehtimalı vurğulanır. Astroloji şərhlərə əsasən, ayın son həftəsində başlayan münasibətlərin daha uzunömürlü ola biləcəyi qeyd edilir.

Oğlaq bürclərinin avqust ayında hisslərini daha rahat ifadə edəcəyi proqnozlaşdırılır. İş və ya təhsil mühitində başlayan ünsiyyətin zamanla romantik münasibətə çevrilə biləcəyi, həmçinin uzun müddətdir diqqətdən kənarda qalan bir şəxslə qarşılıqlı hisslərin üzə çıxa biləcəyi bildirilir.

Dolça bürcü üçün isə münasibətlər sahəsində hərəkətli dövr gözlənilir. Astroloji proqnozlara görə, bu ay baş verəcək yeni tanışlıq şəxsi planlara təsir göstərə və qısa müddətdə güclü emosional bağın yaranmasına səbəb ola bilər. Uzun müddətdir tənha olan Dolçalar üçün avqust ayının yeni münasibətlər baxımından əlverişli dövr ola biləcəyi qeyd edilir.//Demokrat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki