Avropa Liqası: "Qarabağ"ı İslandiyada çətin oyun gözləyir

Bu gün təmsilçimiz "Qarabağ" avrokuboklarda növbəti oyununa çıxır.

Referans Media  xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında İslandiyanın "Vestri" komandası ilə qarşılaşacaq.

Reykyavikdə yerləşən "Valbyarnarvöllur" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, tərəflər arasında keçirilən ilk qarşılaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində MOİK (Sofiya, Bolqarıstan) - "Derri" (İrlandiya) duelinin güclüsü ilə qarşılaşacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki