Argentina millisi İngiltərə üzərində qazandığı 2:1 hesablı qələbə ilə finalda İspaniyanın rəqibi oldu.
90+2-ci dəqiqədə Lautaro Martines fərqlənib.
Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyununda ikinci qol vurulub.
Referans Media xəbər verir ki , Atlanta stadionunda keçirilən yarımfinal mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesaba tarazlıq gətirib - 1:1.
85-ci dəqiqədə Enzo Fernandes uzaq məsafədən qapını dəqiq nişan alıb.
Entoni Qordon 55-ci dəqiqədə hesabı açır.
DÇ-2026-nın 1/2 final mərhələsində keçiriləcək İngiltərə - Argentina matçı üçün heyətlər açıqlanıb.
Referans Media xəbər verir ki, komandalar saat 23:00-da başlayacaq görüşə aşağıdakı tərkibdə çıxacaqlar:
İngiltərə: 1 Cordan Pikford, 5 Con Stounz, 6 Mark Qehi, 24 Ris Ceyms, 25 Ced Spens, 4 Deklan Rays, 8 Elliot Anderson, 10 Cud Bellinqem, 17 Morqan Rocers, 9 Harri Keyn (k), 18 Entoni Qordon.
Ehtiyat oyunçular: 13 Din Henderson, 23 Ceyms Trafford, 2 Ezri Konsa, 3 Niko O'Rayli, 12 Trevo Çaloba, 15 Den Börn, 14 Cordan Henderson, 16 Kobbi Maynu, 21 Ebereçi Eze, 7 Bukayo Saka, 11 Markus Reşford, 19 Olli Uotkins, 20 Noni Madueke, 22 İvan Toni.
Argentina: 23 Emiliano Martines, 3 Nikolas Talyafiko, 6 Lisandro Martines, 13 Kristian Romero, 26 Nahuel Molina, 5 Leandro Paredes, 20 Aleksis Mak Allister, 24 Enso Fernandes, 9 Xulian Alvares, 10 Lionel Messi (k), 17 Culyano Simeone.
Ehtiyat oyunçular: 1 Xuan Musso, 12 Xeronimo Rulli, 2 Markos Senesi, 4 Qonsalo Montiel, 19 Nikolas Otamendi, 25 Fakundo Medina, 7 Rodriqo De Paul, 8 Valentin Barco, 11 Covani Lo Çelso, 14 Exekiel Palasios, 15 Niko Qonsales, 16 Tiaqo Almada, 18 Niko Pas, 21 Xose Manuel Lopes, 22 Lautaro Martines.
Futbol üzrə dünya çempionatında finala yüksələcək növbəti komandanın adı da bəlli olacaq.
Referans Media xəbər verir ki, bu gecə İngiltərə Argentina ilə davam, ya tamam matçına çıxacaq.
Dünya çempionatı
Yarımfinal
15 iyul
23:00. İngiltərə - Argentina.
Qeyd edək ki, ilk finalçı Fransa yığması üzərində 2:0 hesablı qələbə qazanan İspaniya millisidir.
