Argentina millisinin lideri Lionel Messi dünya çempionatının yarımfinalında İngiltərə üzərində qələbədən (2:1) sonra Dieqo Maradonanı xatırlayıb.
Referans Referans xəbər verir ki, Messinin sözlərini “Tyc Sports” sitat gətirib:
“Şübhəsiz ki, Dieqo orada inanılmaz dərəcədə zövq alır, çünki bu gün (15 iyul) onun üçün çox xüsusi bir gün idi. Ona bu sevinci vermək xoş idi. Qoy bundan zövq alsın, çünki bu, onun üçün də bir hədiyyədir”.
Maraqlıdır ki, Maradona “üç aslan”a qarşı necə qol vurmağı bilirdi. 1986-cı il Dünya Kubokunun 1/4 finalında Dieqo İngiltərəyə iki qol vurub. Onun qollarından biri “Tanrının Əli” ləqəbi ilə tanınır və Argentina həmin matçda da 2-1 hesabı ilə qalib gəlib./Publika.az
