Azərbaycan millisi 2026-da son oyununa çıxır

Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxacaq.


Referans Media  xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu seçmə səfərdə Andorra ilə qarşılaşacaq.

İlin son oyunu Enkampdakı FAF stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı ispaniyalı baş hakim Xose Luis Munuera idarə edəcək.
Millinin tarixinə 326-cı oyun kimi düşən qarşılaşma kapitan Emin Mahmudov üçün əlamətdar olacaq. O, Azərbaycan yığmasında vida matçını məhz Andorrada keçirəcək. Millinin bombardiri bu qarşılaşmadan sonra milli karyerasını başa vuracaq.


Hakimlər: Xose Luis Munuera Montera (İspaniya).
Enkamp. “Estadi de la FAF”./Fanat.Az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki