Portuqaliya millisi UEFA Millətlər Liqasında Danimarkaya 1:4 hesabı ilə uduzub. Qarşılaşmadan sonra jurnalistlərin Kriştiano Ronaldo ilə bağlı sualına baş məşqçi Xorxe Jesusun ironik cavabı diqqət çəkib.
Referans Media xəbər verir ki, bu, Ronaldonun milli komanda karyerasını başa vurmasından sonra Portuqaliyanın keçirdiyi ilk rəsmi oyun olub.
Jurnalistin komandanın Ronaldo üçün darıxıb-darıxmadığı barədə sualını cavablandıran Jesus belə deyib: “Kristianonu axtarmaq? O, artıq milli komandada deyil. Necə axtara bilərlər ki? Əgər onunla dostluq etmək istəsəydim, zəng edə bilərdim. Artıq oynamır, burada deyil və qərarını özü verib”.
Məğlubiyyətin Ronaldonun millidən getməsi ilə əlaqələndirilməsinə qarşı çıxan baş məşqçi futbolçunun xidmətlərinin unudulmasının mümkün olmadığını bildirib: “Bu iki məsələnin bir-biri ilə əlaqəsi yoxdur. İnsanlar onun üçün darıxırlar. Kriştianonun 23 il ərzində milli komanda üçün etdiklərini unutmayıblar. Bunu görməzdən gəlmək mümkün deyil. Heç kim 1:4 hesablı məğlubiyyət gözləmirdi”.
