“Fənərbaxça”dan transfer bombası: Sabiq qol kralı Türkiyəyə qayıdır

“Trabzonspor”un sabiq hücumçusu Aleksander Sörlotun yenidən Türkiyəyə qayıda biləcəyi iddia olunur. “Atletiko Madrid”də xoşbəxt olmadığı deyilən norveçli futbolçunun “Fənərbaxça”ya keçidi gündəmə gəlib.

Referans Media İspaniya mətbuatına istinadən xəbər verir ki,  Sörlotun komandadan ayrılmağı düşündüyü və Türkiyədə oynamağa müsbət yanaşdığı bildirilir.

İddialara görə, “Fənərbaxça” hücumçunun transferində digər namizədlərlə müqayisədə daha əlverişli mövqedədir. Lakin tərəflər arasında rəsmi razılaşma barədə məlumat yoxdur.

Qeyd edək ki, Sörlotun 2026-cı ilin yayında “Yuventus”a keçəcəyi gözlənilsə də, son anda transfer baş tutmayıb. Norveçli futbolçunun gələcək karyerası ilə bağlı qərarı isə maraqla gözlənilir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki