Avropanın mərkəzinə 15 min ABŞ əsgəri yerləşdirildi – Nə baş verir?

Polşanın müdafiə nazirinin müavini Stanislav Vzentek “RMF24” radiostansiyasına açıqlamasında ölkəsindəki daimi bazalarda yerləşən Amerika hərbçilərinin sayının 15 min nəfərə çatdırılacağını deyib.

Referans Media xəbər verir ki, söhbət təxminən 15 min əsgərdən ibarət hədəf sayından gedir.

O əlavə edib ki, hazırda Polşa ərazisində 6,5-dən 7 minə qədər ABŞ hərbçisi mövcuddur.

Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp Polşada Amerika hərbi bazasının yaradılması məsələsində irəliləyiş əldə olunduğunu bəyan edib. Yaxın vaxtlarda bazanın gələcək yerinin məlum olacağını vurğulayıb.

O, bu istiqamətdə atılan addımlara görə Polşa Prezidenti Karol Navrotskiyə təşəkkürünü bildirib. .


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki