“Ölkəmizə qarşı hər hansı yeni təcavüz olacağı təqdirdə əvvəllər heç vaxt hədəfə alınmayan obyektlərə hücum edəcəyik”.
Referans Media xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmisi Hüseyn Möhəbi deyib.
“Bizim hədəflərimiz artıq əvvəlki obyektlər olmayacaq. Hələ hücuma məruz qalmayan yeni hədəflərimiz var və təcavüz olacağı təqdirdə zərbələri məhz həmin nöqtələrə endirəcəyik”.
Onun sözlərinə görə, Tehran yeni silahlara malikdir və gələcək eskalasiya baş verəcəyi təqdirdə müharibənin coğrafiyasını dəyişməyə tam hazırdır./Globalinfo.az
