Dəhşətli yanğının söndürülməsinə 220-dən çox insan və 2 helikopter cəlb olundu

Qazaxıstanın Abay vilayətinin Ayagöz rayonunda “Tarbağatay” Dövlət Milli Təbiət Parkının ərazisində yanğının söndürülməsi işləri davam edir.

Referans Media xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsinə 226-ya yaxın insan və 43 texnika cəlb olunub. Həmçinin “Kazaviaspas” və Milli Təhlükəsizlik Komitəsinin iki helikopteri yanğının söndürülməsində iştirak edir.

Yanğının söndürülməsini mürəkkəb dağlıq relyef, dik yoxuşlar, yanğın ocaqlarına aparan yolların olmaması və güclü külək çətinləşdirir.

Qeyd olunub ki, yaşayış məntəqələri üçün təhlükə yoxdur./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki