Avtomobil sahiblərinin DİQQƏTİNƏ: Bu detalları yoxlamadan yola çıxmayın

Yay mövsümündə ilk növbədə avtomobillərin soyutma sistemindəki maye – antifriz mütləq yoxlanılmalıdır. Radiatorun təmizliyinə, mühərrikin soyutma sisteminin pərvanəsinin vəziyyətinə və düzgün işləməsinə diqqət yetirilməlidir.


Referans Media  xəbər verir ki ,bu sözləri “Yeni Sabah”a açıqlamasında avtomobil təmiri üzrə mütəxəssis Dilavər Əhmədov bildirib.


Onun sözlərinə görə, diqqət edilməli məqamlardan biri də hazırda geniş istifadə olunan BYD markalı avtomobillərlə bağlıdır:


 
“Elektrikli avtomobillərdə isə batareyanın soyutma sistemi yoxlanmalıdır. Bu sistemlər əsasən üç növ olur: hava ilə soyutma, kondisioner vasitəsilə soyutma və soyuducu maye ilə soyutma.


Diqqət edilməli məqamlardan biri də hazırda geniş istifadə olunan BYD markalı avtomobillərlə bağlıdır. Bu avtomobillərdə kondisioner işləmədiyi halda hərəkət etmək məsləhət görülmür. Çünki batareyanın soyutma sistemi birbaşa kondisionerlə əlaqəlidir.


Ümumiyyətlə, avtomobillə uzun səfərə çıxarkən həm yayda, həm də qışda gündəlik texniki baxış vacibdir. Gündəlik texniki baxışa soyutma sistemindəki mayenin, əyləc sisteminin, mühərrik yağının və sürətlər qutusunun yağlanma sisteminin yoxlanılması daxildir”.

D. Əhmədov qeyd edib ki, avtomobillərdə salon filtrlərinə nəzarət olunmalıdır:


“Yay aylarında kondisionerdən səmərəli istifadə etmək üçün əvvəlcədən hazırlıq görülməlidir. Salon filtri vaxtında dəyişdirilməli, əgər filtrin istifadə müddəti 15 min kilometri keçməyibsə və mövsümə uyğundursa, çıxarılıb yoxlanılmalıdır. Avtomobildə rahat və sərin şəraitin təmin olunması isə birbaşa sürücünün məsuliyyətinə aiddir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki