image-1768735421_acd4041d-fce7-3614-a47e-76e676c8backend

Avtomobil və motosiklet oğurlayan şəxslər saxlanılıblar

Paytaxtın Binəqədi rayonunda bir nəfər “VAZ-21011” markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə polisə məlumat verib.

Bu barədə “Referans Media “a DİN-in Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Sultanzadə saxlanılıb, avtomobil sahibinə qaytarılıb.

Həmçinin rayon ərazisində motosiklet oğurlamaqda şübhəli bilinən İ.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki