backend

Azərbaycan “3+3” görüşünə ev sahibliyi etməyə hazırdır

“Ermənistanın Azərbaycanın 2024-cü ildə etdiyi təklifi qəbul etməməsi üçün heç bir əsası yoxdur. Bizim təklifimiz hələ də qüvvədədir”.

Referans Media  xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ilə birgə mətbuat konfransında Musavat.com-un əməkdaşının sualını cavablandırarkən bildirib.

C.Bayramov xatırladıb ki, “3+3” formatının yaradılması təşəbbüsü Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb və bu çərçivədə 3 görüş keçirilib: “2024-cü ilin oktyabrında keçirilən görüş zamanı növbəti görüşə Azərbaycanın ev sahibliyi etməsi təklif edilib. Təəssüf ki, razılıq əldə olunmadı. Ermənistan tərəfi buna razı olmadı. Hazırda isə fərqli mühit mövcuddur. Artıq başqa kanallar vasitəsilə bu görüşlərin təşkili müzakirə olunur”, – deyə o bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan bu görüşə ev sahibliyi etməyə hazırdır.

İran XİN başçısı isə qeyd edib ki, İran “3+3” formatını dəstəkləyir: “Biz bu mexanizmi hər zaman dəstəkləyirik. Bu mexanizm regionda sabitlik, sülh və inkişafa xidmət edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki