image-1610788141_qar-900x600backend

Azərbaycana kəskin soyuqlar gəlir –QAR YAĞACAQ

Azərbaycanın müxtəlif bölgələrində müşahidə olunan hava şəraitinin kəskin dəyişməsi diqqət mərkəzindədir. Son günlər xüsusilə dağlıq və dağətəyi rayonlarda yağan güclü qar, havanın xeyli soyuması və yolların buz bağlaması ilə müşayiət olunur. Bu vəziyyət həm sürücülər, həm də əhali arasında müəyyən narahatlıqlara səbəb olub.

İctimaiyyəti ən çox maraqlandıran məsələlərdən biri regionlarda yağan intensiv qarın Bakıya doğru hərəkət edib-etməyəcəyidir. Paytaxt sakinləri hava şəraitinin sərtləşib-sərtləşməyəcəyi və qar yağışının Bakını da əhatə edib-etməyəcəyi ilə bağlı suallar ünvanlayırlar.

Mövzu ilə bağlı meteoroloq Cavidan Əliyev Referans Media-ya açıqlamasında bildirib ki, 10–11 yanvar tarixlərindən sonra Bakıda havanın tədricən soyuması gözlənilir. Onun sözlərinə görə, ayın ortalarına yaxın temperaturun kəskin şəkildə enəcəyi proqnozlaşdırılır.

Meteoroloq əlavə edib ki, 13 yanvar tarixindən sonra paytaxtda qar yağması ehtimalı var. Eyni zamanda, ölkə ərazisinin əksər bölgələrində sulu qar və qar yağacağı gözlənilir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki