Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi onlayn formatda davam edir.
Bu barədə Referans Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Belə ki, test imtahanı mərhələsində uğur qazanmış 17 minə yaxın təhsilverən müsahibə mərhələsinə dəvət edilib.
İndiyə qədər 7 minə yaxın təhsilverənin müsahibəsi yekunlaşıb.
Qeyd edək ki, sertifikasiyanın müsahibə mərhələsinə 17 sentyabr tarixində başlanılıb və prosesin 20 oktyabr tarixinədək davam etdirilməsi nəzərdə tutulur.
