Sumqayıtda məktəbdə zəhərlənənlər evə buraxıldılar

Sumqayıtda şirniyyatdan zəhərlənən məktəblilər xəstəxanadan evə buraxılıblar.

TƏBİB-dən Referans Media-ın sorğusuna cavab olaraq bildirilib ki, 02.10.2026-cı il tarixində saat 10:20 radələrindən başlayaraq 21 nəfər (17 kişi cinsli, 4 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

“Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.

Qeyd edək ki, hadisə 2 oktyabr 2026-cı il tarixində dərs prosesi zamanı baş verib. Bir qrup şagirdin özünü pis hiss etməsindən sonra məktəb rəhbərliyi tərəfindən dərhal tədbir görülüb və onlar müvafiq tibb müəssisəsinə yönləndirilib.


AQTA-dan Musavat.com-a bildirilib ki, aparılan ilkin araşdırmalar zamanı hadisəyə şagirdlərdən birinin məktəbə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulunun səbəb olduğu müəyyən edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki