Son zamanlar mobil operatorların xüsusi indeksli və nadir kombinasiyalı telefon nömrələri onlayn elan platformalarında astronomik qiymətlərlə satışa çıxarılır.
Bəzi SİM-kartların qiymət etiketləri hətta paytaxt Bakıda tam təmirli mənzil qiyməti ilə yarışacaq həddə çatıb.
Referans Media qeyd edir ki, “Yeni Sabah”ın araşdırmasına görə, təqdim olunan elanlar arasında en bahalı təkliflər sırasına 120 000 manatlıq qiymətlə "(050) 666-66-66" və "(051) 555-55-55" nömrələri rəhbərlik edir. Eyni rəqəmlərin ardıcıl təkrarlanmasından ibarət olan bu kombinasiyalar faktiki olaraq mənzil qiymətinə təklif olunur.
Diqqət çəkən digər yüksək qiymətli elanlar isə aşağıdakılardır:
(050) 288-88-88 nömrəsi üçün satıcı 85 000 manat tələb edir.
(051) 900-00-00 nömrəsi isə 72 000 manata alıcı axtarır.
Bir çoxları bu cür "qızıl" nömrələrin dəyərini onların yaddaşda asan qalması və müəyyən biznes və ya status göstəricisi sayılması ilə izah edirlər.
