Azərbaycanda neçə həbsxana var? – “Xaçmazda sürücülər “yatır” backend

Azərbaycanda neçə həbsxana var? – “Xaçmazda sürücülər “yatır” 

“Məhbusların ümumi sayı ilə bağlı dəqiq rəqəm demək çətindir. Çünki mütəmadi olaraq, həbs olunan və azad olunanlar olur ”.

Bu sözləri “Yeni Sabah”a jurnalist-kriminalist Ceyhun Həmidov deyib.

O, bildirib ki, hazırda ölkə ərazisində 17 cəzaçəkmə müəssisəsi fəaliyyət göstərir:

“Öz təcrübəmdə “18 saylı cəzaçəkmə müəssisəsi” ifadəsini işlətməmişəm. Cəzaçəkmə müəssisələri də, polis bölmələri kimi sayladırsa, yəqin ki, 17 ədəddir. Qobustan həbsxanası isə rəqəmsizdir.

Bundan başqa qadın və uşaq üçün nəzərdə tutulan həbsxanalar da var. Dəqiq bilirəm ki, 4 saylı Qadın Cəzaçəkmə Müəssisəsi hazırda fəaliyyət göstərir. Yetkinlik yaşına çatmamış şəxslər üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsi isə əvvəllər Xətaidə yerləşirdi. Deyəsən, indi onu harasa köçürüblər”.

Jurnalist qeyd edib ki, cəzaçəkmə müəssisələri kateqoriyalara bölünür:

“Cəzaçəkmə müəssisələrinin özü kateqoriyalara bölünür. Əsasən, ağır cinayət kateqoriyaları ciddi rejimli cəzaçəkmə müəssisələrinə göndərilir. Digərləri ümumi rejimli cəzaçəkmə müəssisələri sayılır.

Xaçmazda yerləşən cəzaçəkmə müəssisəsində piyada vurulmaları ilə bağlı hadisə törətmiş sürücülər üçün nəzərdə tutulub. Həmin müəssisədə şərti cəza almış şəxslər saxlanılır. Məsələn, qəsdən adamöldürmə cinayətləri üzrə cəzalandırılmış məhkumlar ciddi rejimli cəzaçəkmə müəssisələrinə göndərilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki