Xaçmaz rayonunun Fərzəlioba kəndində bıçaqlanma hadisəsi baş verib.
Kənd sakini, 39 yaşlı Mübariz Zahid oğlu Şıxmuradovun boyun-boğaz və cinsiyyət orqanına bıçaqla xəsarət yetirilib. O, Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona xəsarət yetirən şəxsin həmkəndlisi Səbuhi Mahmudov olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.