image-xestexana22backend

Azərbaycanda xəstəxanada oksigen balonu yandı – Xəstələr təxliyə edilir

Gəncədə xəstəxanada oksigen balonu yanıb.

Referans qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Abbas Səhhət adına 1 saylı Xəstəxanada qeydə alınıb.

Hazırda xəstəxananın Reanimasiya şöbəsində olan xəstələr Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanaya köçürülür. İlkin məlumata görə, təxminən 10-dan artıq xəstə artıq təxliyə olunub.

Bildirilib ki, Abbas Səhhət adına Xəstəxanaya elektrik enerjisi verilişi dayandırılıb, həmçinin bəzi xidmətlər göstərilmir.

Əlavə məlumat veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki