İraqın Nəqliyyat Nazirliyi Bağdad Beynəlxalq Hava Limanının texniki nasazlıq səbəbindən müvəqqəti olaraq bağlandığını açıqlayıb.
Referans Media xəbər verir ki, nazirliyin sözçüsü Meysəm əs-Safi yerli mətbuata bildirib ki, hava limanının bağlanması təcili texniki nasazlıqla əlaqədar görülən qabaqlayıcı tədbir nəticəsində baş verib.
Onun sözlərinə görə, ixtisaslaşmış texniki qruplar artıq nasazlığın müəyyən edilməsi və aradan qaldırılması istiqamətində işlərə başlayıb. İşlər tamamlandıqdan və yekun texniki yoxlamalar aparıldıqdan sonra hava limanı bir neçə saat ərzində yenidən uçuşlara açılacaq.
Sözçü həmçinin hava limanının bağlanmasına yerli və ya beynəlxalq təhlükəsizlik problemi səbəb olması ilə bağlı iddiaları təkzib edib.























