Bakı ilə Tehran arasında 3 il sonra ilk yaşandıbackend

Bakı ilə Tehran arasında 3 il sonra ilk yaşandı

   Azərbaycanda həbsdə saxlanılan 4 İran vətəndaşı ölkələrinə ekstradisiya olunub.

Referans.az   “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İranın insan hüquqları və beynəlxalq münasibətlər nazirinin köməkçisi Asker Celalian “Mehr” agentliyinə açıqlamasında deyib.

 
O bildirib ki, İrana aparılan məhbuslar Gilan əyalətindəki cəzaçəkmə müəssisəsinə yerləşdiriliblər.

İran rəsmisinin sözlərinə görə, Azərbaycanla ölkəsi arasında məhbus mübadiləsi 3 il idi ki, siyasi gərginlik səbəbindən baş tutmurdu və uzun müddətdən sonra bu proseslər aktivləşdirilib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki