image-qandal-kisi11backend

Bakıda 64 yaşlı kişi cibgirlik etdi

Bakıda polis cibgirlik əməllərində şübhəli bilinən 64 yaşlı əvvəllər məhkum olunmuş Taləddin Əhmədovu saxlayıb.

Referans Media  xəbər verir ki, onun Nizami və Sabunçu rayonlarında iki nəfərin çantasından ümmumilikdə 1717 manat, bank kartları və sənədlər olan pul kisəsini ələ keçirdiyi məlum olub.

Həmin şəxsin törətdiyi əməl təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki