Bakıda bu yolda sürət həddi endirildi

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Referans Media-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

“Hazırda Bakıda müşahidə edilən küləkli və yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib”, – NİİM-dən bildirilib.

Qeyd olunub ki, bununla bağlı mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi aktivləşdirilib:

“Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki