image-6c23917042a758a16cb5af341ea786dabackend

Bakıda küləyin qırdığı ağac aktyorun avtomobilini yararsız hala saldı

Ötən gecədən başlayaraq Bakı şəhərində əsən güclü külək bəzi yerlərdə fəsadlara səbəb olub.

Referans Medianın məlumatına görə, Xətai rayonu, general Mehmandarov 76 ünvanında qurumuş çinar ağacından qopan budaq yaxınlıqdakı avtomobilin üzərinə düşüb.

Avtomobilin sahibi aktyor Nadir Məmmədov bildirib ki, avtomobili burada saxlayıb, evə getdikdən bir neçə saat sonra bu hadisə baş verib. Nəticədə avtomobilin ön şüşəsi qırılıb, həmçinin dam örtüyündə problemlər yaranıb.

ABŞ istehsalı olan “Tesla” markalı avtomobilin sahibinə xeyli zərər dəyib. N.Məmmədov hadisə ilə bağlı polisi və İcra Hakimiyyətini məlumatlandırdığını bildirib.

Avtomobil sahibi və ərazidə yaşayan sakinlər qurumuş və hər an təhlükə törədə biləcək ağacların çoxluğundan şikayətləniblər. Bildiriblər ki, dəfələrlə müraciət etsələr də, qurumuş ağacların kəsilməsi və budama işlərinin aparılması həyata keçirilmir.

Onlar hesab edirlər ki, ərazidə həm də məktəbin olması bu məsələyə həssas münasibət tələb edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki