Bakıda otel binasında yanğın oldu

  Bakıda üçmərtəbəli otel binasında yanğın olub.

FHN-in Mətbuat Xidmətindən Referans-a  verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 1200 m² olan üçmərtəbəli otel binasının mənfi birinci mərtəbəsində yerləşən sauna otağının, sanitar qovşağının və dəhlizinin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Otel binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki