Bakıda Rusiyadan gələn narıncı geyimlilər peyda oldu: görün nə edirlər backend

Bakıda Rusiyadan gələn narıncı geyimlilər peyda oldu: görün nə edirlər 

  Bakı küçələrində narıncı geyimli əcnəbilərlə bağlı paylaşımlar diqqət çəkib. Bir qisim bildirir ki, bu şəxslər insanlara yaxınlaşaraq pul qarşılığında “gələcəkdən” xəbər verir. Digər iddialara görə, onlar öz dini inanclarının təbliği ilə məşğul olurlar.

Onlar kimlərdir? Fəaliyyətləri nədən ibarətdir?

Globalinfo.az-a danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, dinşünas alim Rafiq Əliyev deyib ki, bu şəxslər insanları illüziyalarla inanmağa sövq edirlər və səbəb ehtiyacdır:

“Yalan olsa da, müəyyən müddət ona inanaraq yaşayırlar. Digər tərəfdən, Azərbaycanda həmişə fala baxanların, ekstrasenslərin sayı çox olub. Bildiyim qədərilə, 10-15 il əvvəl onların burada yaşaması çətinləşdi və əksəriyyəti Bakını tərk edərək Rusiyaya üz tutdu. Çünki sözügedən ölkədə məkan da, insan sayı da çoxdur. Hətta bəzi yaxşı ekstrasenslər orada televiziya yarışlarında iştirak etdilər. İndi də baxıcı görəndə, yaxud nəsə ümidverici bir şey eşidəndə insanlar ona daha çox diqqət edirlər. Çətin vəziyyətdə yaşayan adam çıxış yolu tapmayanda ümidverici sözlərə güvənməyi seçirlər”.

R.Əliyev özünün də narıncı geyimli şəxsləri gördüyünü vurğulayıb:

“Bu, buddistlərə xas geyimlərdir. Fikrimcə, görüntülərdə olan adamlar Rusiyadan gəliblər. Çünki buddistlər orada daha çoxdur. Əgər digər ölkələrdən gəlmiş olsaydılar, küçədə insanlarla rahat ünsiyyət qura bilməzdilər. Görünür, rus dilində söhbət ediblər. Problemləri olan insanların isə inanmaqdan başqa çarələri yoxdur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki