image-kecid-zibilbackend

Bakıda xoşagəlməz mənzərə: Piyada keçidi GÖRÜN NƏ VƏZİYYƏTDƏDİR – VİDEO

Piyada keçidi zibil içində qalıb.

Referans Media xəbər verir ki, Binə Atçılıq Mərkəzi istiqamətində keçiddəki natəmizlik narazılıq yaradıb.

Keçiddə yığılan tullantılar və ümumi səliqəsiz vəziyyət piyadaların narazılığına səbəb olub. Keçiddən hər gün çox sayda insan istifadə edir. Lakin bu vəziyyətdə olması keçiddən istifadəni çətinləşdirir.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, keçiddə dəfələrlə təmizlik işlərinin aparılmasına baxmayaraq, təəssüf ki, həmin ərazidən istifadə edən bəzi vətəndaşlar tərəfindən müxtəlif növ məişət tullantıları və zibillər atılmaqda davam edir. Mövcud vəziyyət nəzərə alınaraq, bu gün ərzində sözügedən keçiddə yenidən təmizlik işləri həyata keçiriləcək.

Daha ətraflı süjetdə:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki