Bakıda yağışlı havada baş verən qəzanın ANBAAN VİDEOSU

Paytaxtda yağışlı havada ara məsafəsi saxlamayan sürücü qəza törədib.

Referans Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hadisə Yasamal rayonunun Əbdülvahab Salamzadə küçəsində piyada keçidində baş verib.

“Yağışlı havada:

– Sürəti minimuma endirin;

– Ara məsafəsini normadan çox saxlayın;

– Diqqətinizi tam şəkildə hərəkətə yönəldin”, – müraciətdə bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki