Bakının bu ərazisində su olmayacaq

  Xətai rayon ərazisindən keçən magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı bu gün saat 23:00-dan rayonun bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq. Referans xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 27-i tarixində günorta saatlarında suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki