Başı səkiyə çırpılan 43 yaşlı kişi öldü

Sumqayıt şəhərində 43 yaşlı kişi yıxılaraq ölüb.

Hadisə dünən saaat 18 radələrində şəhərin 9-cu mikrorayonunda qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü şəhər sakini Elşən Altay oğlu Kələntərli həmin ərazidə yıxılıb və başı səkiyə dəyib.

E.Kələntərli aldığı xəsarətdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki