Bu ilin yanvar-may aylarında hüquq-mühafizə orqanları tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Referans Media xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Məlumata görə, hesabat dövründə müsadirə olunan narkotik vasitə və psixotrop maddələrin ümumi çəkisi 4 ton 263 kiloqram 533,1 qram təşkil edib. Həmin maddələrin bazar dəyəri təxminən 111 milyon 793 min manat olaraq qiymətləndirilib.
Aşkarlanan narkotiklərin 3 ton 664 kiloqram 289,559 qramını marixuana, 212 kiloqram 587,146 qramını heroin, 88 kiloqram 128,798 qramını tiryək, 214 kiloqram 243,147 qramını həşiş, 7 kiloqram 937,74 qramını digər narkotik vasitələr, 76 kiloqram 346,71 qramını isə psixotrop maddələr təşkil edib.
Bundan əlavə, əməliyyatlar zamanı 4486 ədəd metadon həbi, 3660 ədəd çətənə kolu və 29 ədəd psixotrop tərkibli həb də aşkar edilərək götürülüb.
