Biləsuvarda gənclər arasında yaranan mübahisə bıcaqlanma ilə nəticələnib.
Referans Media APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Bəydili kəndində baş verib. 2004-cü il təvəllüdlü Cəbrayıl rayon sakini Fərid Həziyevi iş yoldaşları bıçaqlayıb.
Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılan F. Həziyev əməliyyat olunub, reanimasiyaya yerləşdirilib.
Əməli törətmək şübhəli bilinən 35 yaşlı Tural Əmirxanov və 26 yaşlı Əli Məmmədov saxlanılıblar.
Adı çəkilən şəxslər rayonda Günəş elektrik stansiyasının tikintisində çalışırlar.
Faktla bağlı araşdırma aparılır.
