Biləsuvarda əməliyyata gətirilən azyaşlı xəstəxanada ölüb.
Referans Teleqraf-a istinadla xəbər verir ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında azyaşlının ölümü ilə nəticələnən hadisə baş verib.
Belə ki, rayonun Xırmandalı kənd sakini, 2022-ci il təvəllüdlü Uğur Hacızadə əməliyyat olunması üçün xəstəxanaya yerləşdirilib.
Lakin tibbi müdaxilədən təxminən 3-4 saat sonra azyaşlı dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.