Binəqədidə obyektdə başlayan yanğın məhdudlaşdırıldı – YENİLƏNİB

Bu gün saat 10:02-də Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad-Novxanı yolunun üzərində obyektdə yanğın baş verməsi haqqında “112” qaynar xəttinə məlumat daxil olub. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Referans Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev hadisə yerində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, havanın küləkli olması, eyni zamanda yanan obyektə bitişik digər obyektlərin olması səbəbindən 2 saylı çağırış elan edilib, qüvvələr hadisə yerinə cəlb olunub, ətrafda olan obyektlər yanğından mühafizə olunub:

Hazırda obyektin birinci mərtəbəsində yanğın hadisəsi məhdudlaşdırılıb, tam söndürülməsi istiqamətində işlər gedir. Obyektin içərisində taxta və karton taralar sıx şəkildə yığıldığından söndürülmə işlərində müəyyən məhdudiyyətlər yaranır. Buna baxmayaraq, şəxsi heyət hər istiqamətdən yanğının söndürülməsi istiqamətində tədbirləri davam etdirir. Yanğının baş vermə səbəbi ilə bağlı araşdırma gedir”.

***

Yanğın havanın küləkli olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətrafa yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Referans Media  xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Referans Media xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki